Argentinada 6 bal gücündə zəlzələ baş verib

Argentinanın San Luis əyalətində 6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 183 minə yaxın insanın yaşadığı San Luis şəhərindən 158 km şimal-qərbdə, 129 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə