İran Rusiyaya tədarük edilən raketlər üçün buraxılış qurğuları verməyəcək..?

…İran tədarük edilən “Fateh-360” ballistik raketləri üçün mobil buraxılış qurğularını Rusiyaya verməyəcək.

SİA xəbər verir ki, bu barədə Amerika və Avropa kəşfiyyatındakı mənbələrə və avropalı diplomata istinadən Reuters agentliyi məlumat yayıb.

Qeyd edilməlidir ki, Rusiyaya ballistik raketlərin tədarükü sentyabrın əvvəlində məlum olub. Ehtimallara görə, Rusiya hərbçiləri yeni silahlardan istifadə etmək üçün artıq təlim keçirdilər.

Amma Qərb Rusiya və İrana qarşı sanksiyaları sərtləşdirəndən sonra,.. bəlkə də bununla əlaqədardır?

Yeri gəlmişkən, “Fateh-360” qısa mənzilli raketdir, funksionallığı baxımından Amerikanın HIMARS raketinə bənzəyir.

Reuters mənbələri ehtimal edir ki, buraxılış qurğularının tədarükündən imtina Rusiyanın bu cür raketlərdən həqiqi döyüş istifadəsinin mümkünlüyü məsələsini gündəmə gətirir.

Agentliyin ekspertlərindən biri raketlərin Rusiya avadanlıqları ilə istifadə oluna biləcəyini irəli sürüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə