“Biz terrorçularla danışmayacağıq..!”

Rusiya ikinci sülh sammitində iştirakdan imtina etdi

...Rusiya Ukraynanın bu payızda ev sahibliyi etmək istədiyi ikinci Qlobal Sülh Sammitində iştirak etmək niyyətində deyil. SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova deyib.

...Rusiya nümayəndələri “Bürgenstok prosesi” çərçivəsində heç bir görüşdə iştirak etməyiblər və iştirak etmək niyyətində də deyillər. Bu prosesin özünün nizamlanma ilə heç bir əlaqəsi yoxdur. Bu, anqlo-saksonların və onların ukraynalı marionetlərinin saxtakarlığının daha bir təzahürüdür.

Bunu deyən Zaxarovanın sözlərinə görə, ikinci dünya sammitinin məqsədi “tamamilə qeyri-mümkün Zelenski düsturu”nu irəli sürməkdir ki, Zaxarova bunu “Rusiyaya ultimatum təqdim etmək” cəhdi hesab edir.

...Biz bu cür sammitlərdə iştirak etməyəcəyik, lakin biz böhranın siyasi və diplomatik yolla nizamlanmasından imtina etmirik, biz yerlərdə vəziyyəti, yaranan geosiyasi reallıqları və formalaşmış müvafiq təşəbbüsü nəzərə alan həqiqətən ciddi təklifləri müzakirə etməyə hazırıq.

Qeyd edək bu fikirləri səsləndirən Zaxarova Ukrayna ilə Qərbi müharibəni davam etdirmək istəməkdə ittiham edib.

Rusiyalı rəsminin dediyinə görə, bunu “Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə “qanqster işğalı”, eləcə də “Zelenskinin Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazə istəməsi” təsdiq edir.

...Bu, ölkəmizin əhalisinə qarşı terrorun davamıdır, - deyə Zaxarova bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə