İsrail ordusu Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın 180-ə yaxın hədəfinə zərbələr endirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı atış qurğuları üçün minlərlə konteyner məhv edilib.

Qeyd olunur ki, hücuma məruz qalan raket buraxılış qurğuları doldurularaq İsrail ərazisini atəşə tutmağa hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə