Xarkovda iki odessalı yazıçının qəhrəmanlarının abidəsi sökülüb

Xarkovun mərkəzində iki sovet yazıçısı və jurnalisti, Odessadan olan İlya İlf və Yevgeni Petrovun “12 stul” romanının qəhrəmanlarına ucaldılmış abidə sökülüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə UNIAN yazır.

Abidə əsərin üç personajını təsvir edirdi: Ostap Bender, Kisa Vorobyaninov və Elloçka Oqres.

Qeyd edək ki, abidə şəhərin mərkəzində, Yaroslav Müdri küçəsində yerləşirdi.

Deyilənlərə görə, abidələr “dekolonizasiyanın bir hissəsi kimi” sökülüb…?

Bundan əvvəl Odessa vilayətində rus generalı Sergey Tuçkovun abidəsi sökülüb.

…Münaqişənin sonunda abidə Ukrayna muzeylərindən birində yerləşdirilə bilər..?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə