Harris, Trampla ikinci debata hazır olduğunu deyir

…ABŞ prezidentliyinə namizəd Kamala Harris özünün X sosial şəbəkəsindəki səhifəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampla ikinci üz-üzə debat keçirməyə hazır olduğunu təsdiqləyib.

…Oktyabrın 23-də keçiriləcək ikinci prezidentlik debatında iştirak etməkdən çox həyəcanlıyam. Ümid edirəm ki, Donald Tramp da mənə qoşulacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl Harrisin seçki kampaniyasının sədri Cen O'Malley Dillon CNN-ə Trampla yeni debat keçirmək üçün kanalın dəvətini qəbul etdiyini təsdiqləyib.

…Donald Trampın bu debatla razılaşmaqda heç bir problemi olmamalıdır.

Bunu da Harris deyib.

Şəbəkəyə görə, debat Tramp və prezident Cozef Bayden arasında iyun ayında baş verən müzakirəyə bənzəyəcək.

Tramp daha əvvəl demişdi ki, debat “ədalətli platformada keçirilərsə” yenidən iştirak edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə