Kubanda fövqəladə vəziyyət tətbiq edilib

...pilotsuz təyyarənin hücumundan sonra

…Krasnodar vilayətinin hakimiyyəti Tixoretski rayonunda fövqəladə vəziyyət elan edib. Bu, Ukrayna pilotsuz təyyarələrinin hücumundan sonra insanlara yardım məsələlərini tez həll etmək üçün zəruri tədbirdir.

SİA xəbər verir ki, rayonun qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, hazırda əhali üçün təhlükə yoxdur. Bununla belə, ərazinin tam yoxlanılması üçün vaxt lazımdır.

O qeyd edib ki, daha rahat şərait üçün ərazidə yaşayan sakinlər müvəqqəti yerləşdirmə mərkəzlərindən mehmanxanalara köçürülüb. Bəziləri isə qohumlarının yanına köçüblər.

…Sentyabrın 21-nə keçən gecə Krasnodar diyarının Tixoretski rayonunda hava hücumundan müdafiə və elektron döyüş qüvvələri düşmənin iki pilotsuz uçan aparatını zərərsizləşdirib. Qurğulardan birinin dağıntıları partlayıcı əşyaların olduğu obyektdə yanğına səbəb olub. Partlayış başlayıb. Mindən çox sakin təcili təxliyə edilməli olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə