“Ukraynalılar tez bir anda Minskə girə bilər..?”

Lukaşenko həmişə ilk növbədə öz başını qoruyur

…Ukraynalı hərbi analitik Mixail Samus “Amerikanın Səsi”nə verdiyi şərhində Moskvanın Ukraynanın Belarusa təhlükəsi ilə bağlı aqressiv bəyanatlarının “məlumat və psixoloji xüsusi əməliyyat” adlandırıb.

Onun dediyinə görə,..ola bilsin ki, bu, sırf yerli rus auditoriyası üçün nəzərdə tutulmuş bir məlumatdır.

SİA-nın əldə etdiyi məlumata görə, Belarus mövzusu Moskva tərəfindən tez-tez gündəmə gətirilir, lakin tez də gündəmdən çıxır. Moskvanın məntiqinin nə olduğu əslində elə də sirr deyil..?

Əslinə baxanda...guya Ukrayna bu mövzu ilə elə də maraqlanmır..?

Mixail Samus buna inanmadıqlarını və bunu “ağ səs-küy” kimi qəbul etdiklərini deyir.

Əvvəlcə Kreml Kursk bölgəsini azad etsin, sonra başqa şeylərdən, o cümlədən öz “müttəfiqinin” müdafiəsi ilə bağlı məsələlərdən danışa bilər.

Bunu deyən Ukraynalı hərbi analitik, Lukaşenkonun bu macəraya qarışmayacağına əminlik bildirir.

…Yalnız ona görə ki, ukraynalılar Minskə tez girə bilərlər. Axı, döyüşə girməzdən əvvəl gücünü hesablamaq lazımdır. Əslində Lukaşenkonun ciddi bir şeyə qadir olan ordusu yoxdur. Hazırda Kursk vilayətindəki 35 min rus əsgəri Ukrayna Silahlı Qüvvələri ilə heç nə edə bilməz. Amma Lukaşenkonun o qədər də döyüşə hazır qoşunları yoxdur, Rusiyanın da onları Belarusa ötürmək üçün elə ehtiyatları yoxdur...Bundan əlavə, Lukaşenko axmaq deyil.

O, həmişə ilk növbədə öz başını qoruyur. Ona görə də onun özü üçün intihar addımı atdığını və sözün hərfi mənasında öz ölüm fərmanına imza atdığını təsəvvür edə bilmirəm. Yenə də bundan əlavə, hazırda onun artıq kifayət qədər problemləri var.

Bunu da Ukraynalı analitik bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə