Avcılarda metro qəzası: 2 yaralı

Qəza saat 09:00 radələrində baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əldə edilən məlumata görə, Söğütlüçeşme istiqamətində hərəkət edən metro Avcılardakı Böyükşəhər Bələdiyyəsi İctimai Təsisatlar dayanacağında eyni istiqamətdə hərəkət edən başqa bir metro qatarının arxasına çırpılıb.

Zərbənin təsirindən qəzaya səbəb olan metroda olan iki sərnişin yaralanıb. Qəza səbəbiylə metroda böyük ziyan meydana gələrkən, bir müddət tək zolaqda xidmət göstərilib. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Yaralı 2 sərnişinə sağlamlıq qruplarının ilk yardımından sonra xəstəxanaya aparılıb, vəziyyətlərinin yaxşı olduğu öyrənilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə