İsrail bu dəfə Beyrutu vurdu: Qatili kim dayandıracaq?

Qəzzada soyqırım törədən İsrailin baş naziri Netanyahu indi də Livanı hədəfə alır. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ mətbuatının məlumatına görə qurudan hücum hər an baş verə bilər. Yaxın Şərq İsrailin təcavüzü ucbatından uçurumun astanasındadır.

Sionist İsrail rejimi Qəzza zolağında soyqırımını davam etdirərkən, Livana hücumlarını da artırıb. İsrail sentyabrın 17-də peycer, 18-də isə radio vasitəsilə Hizbullah üzvlərinə hücum edib, sentyabrın 19-na keçən gecə isə Livana 100-dən çox raket hücumu təşkil edib.

Hizbullah dünən İsrailin hücumlarına cavab olaraq 140 raket atıb. İsrail atılan sursatların bir hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən tutulduğunu, bəzi bölgələrə düşən qəlpə və raketlərin yanğınlara səbəb olduğunu açıqlayıb. Buna cavab olaraq İsrail təyyarələri Livanın paytaxtı Beyrutu növbəti dəfə bombalayıb. İsrail açıqlama verib: "Cənubdakı Hizbullah obyektlərini hədəf aldıq. Hədəflədiyimiz komandir İbrahim Akil idi". Lakin hücumlarda əksəriyyəti uşaq və qadın olmaqla 14 nəfər ölüb, 9-u ağır olmaqla 66 nəfər yaralanıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə