Avropa selin qarşısını ala bilmir

Paytaxt Budapeştdəki tarixi parlament binası seldən zərər çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində Dunay çayının daşdığı və bunun paytaxt Bratislava da təsirləndiyi bildirilib.

Nysa Klodzka çayının daşması nəticəsində yaranan daşqın səbəbindən Levin Bjeski qəsəbəsində vətəndaşlar təhlükəsizlik qüvvələri tərəfindən təxliyə edilib.

Daşqınların təsirli olduğu Avstriya və Çexiyada axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Rumıniya, Çexiya, Polşa, Avstriya, Macarıstan, Slovakiya və İtaliyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 23-ə yüksəlib. İtaliyada daşqınlar səbəbindən ölkənin şimalından ən azı 1000 nəfər təxliyə edilib.

Avropa Birliyi: Mərkəzi Avropa ölkələrinə təcili yardım vəd etdi. Təcili təmir üçün 10 milyard avro köçürüləcək.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə