İsrail Müdafiə Qüvvələri Livanın cənubunda və mərkəzində son ayların ən böyük hava qüvvələri əməliyyatına başlayıb. İsrail ordusunun döyüşçüləri Beyrut və ölkənin digər məskunlaşdığı ərazilərdəki mövqelərə hücum edir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times of Israel” yazıb.
Sosial şəbəkələrdə hadisə şahidləri İsrail Hərbi Hava Qüvvələrinin hücumunun nəticələrini dərc edirlər. Beyrut üzərində partlayış səsləri eşidilir.
Bunun fonunda “Hizbullah” yaraqlılarının lideri Həsən Nəsrullah xalqa müraciət edərək Livanda peycerlərin partladılması ilə bağlı son hadisələrin müharibə elanı olduğunu bildirib.
Bundan əvvəl baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hərbi kabineti bölmələrin Qəzza zolağından Livanla sərhədə köçürülməsi ilə şimalda hərbi əməliyyatlar planını təsdiqləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə