Vəba epidemiyası yüzlərlə insanın həyatına son qoydu

Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 335-ə yüksəldiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların sayının 10 min 567-yə yüksəldiyi bildirilib.

Açıqlamada vəbadan ölənlərin sayının 335-ə çatdığı bildirilib. Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması həyatı daha da çətinləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə