Tramp Zelenski ilə görüşəcək

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp gələn həftə ABŞ-yə səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Ağ Evin keçmiş rəhbəri özü məlumat verib.

Zelenski ilə görüşün baş tutub-tutmayacağı ilə bağlı suala “Yəqin ki, bəli”, - deyə Tramp cavab verib. Lakin respublikaçı mümkün görüşlə bağlı heç bir təfərrüatı açıqlamayıb.

Qeyd edək ki, Zelenski sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək. Daha əvvəl də Ukrayna lideri sentyabrda qələbə planını həm ABŞ Prezidenti Co Bayden, vitse-prezident Kamala Harris və Donald Trampa təqdim edəcəyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə