Sürücülər yeni hərəkət məhdudiyyətləri gözləyə bilərlər

Rusiyalı sürücülər yol hərəkəti qaydalarında dəyişiklik gözləyə bilərlər. Onlara maşın sürərkən müxtəlif cihazlardan istifadə etmək qadağan edilə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ölkənin Nəqliyyat Nazirliyi yol hərəkəti qaydalarına müvafiq yeniliklərin daxil edilməsini təklif edir.

Sürücülərə avtomobilin konstruksiyasında nəzərdə tutulmayan müxtəlif cihaz və qadcetlərdən istifadə etmək qadağan ediləcək.

Məhdudiyyətlərə əllərin istifadəsini tələb edən və diqqəti sürücülükdən yayındıran qurğular daxil olacaq.

Qadağa naviqatordan başqa bütün cihazlara təsir edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə