Portuqaliya rəsmiləri ölkə daxilində davam edən meşə yanğınlarında 7 nəfərin öldüyünü, 50-dən çox insanın isə yaralandığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyanın Baş naziri Luis Monteneqro ölkə daxilində davam edən yanğınlarda 5 min yanğınsöndürənin çalışdığını açıqlayıb.
Portuqaliya Milli Fövqəladə Hallar və Mülki Müdafiə Agentliyindən verilən açıqlamada yanğınlarda 3-ü yanğınsöndürən olmaqla 7 nəfərin öldüyü, yaralananların sayının isə 50-yə yüksəldiyi bildirilib. Yerli mətbuatın məlumatına görə, ölkənin şimalında Porto və Aveyro arasında on min hektar əraziyə ziyan dəyib. Polis, paytaxt Lissabon və Porto arasındakı əsas yol da daxil olmaqla magistral yolları bağladıqlarını bildirib.
Avropa İttifaqı (Aİ) dünən şiddətli meşə yanğınları ilə mübarizəyə kömək etmək üçün Portuqaliyaya səkkiz yanğınsöndürmə təyyarəsi göndərəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə