Almaniyanın "Lufthansa" aviaşirkəti Livanda peycerlərin partladılmasından sonra İsrail və İrana uçuşları sentyabrın 19-dək dayandırdığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Lufthansa"nın ləğvlərdən təsirlənən sərnişinlərə pulsuz rezervasiya dəyişdirmə və ya ləğv etmə variantları təqdim etdiyi xatırladılan açıqlamada, Alman şirkətinin vəziyyəti yaxından izləməyə davam etdiyi və yaxın günlərdə vəziyyəti qiymətləndirməyə davam edəcəyi bildirilib.
Dünən Livanda Hizbullah ünsürlərinin istifadə etdiyi peycerlərdə eyni vaxtda partlayışlar olub. Livanın Səhiyyə Nazirliyi Hizbullah ünsürlərinin ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində biri uşaq olmaqla 9 nəfərin həyatını itirdiyini, təxminən 200-ü ağır olmaqla 2800 nəfərin yaralandığını açıqlayıb.
Livan rəsmiləri hadisəyə görə İsraili məsuliyyət daşısa da, İsrail hələlik məsələ ilə bağlı açıqlama verməyib. İsrail-Livan sərhədində 2023-cü il oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda son günlər gərginliyin artdığı müşahidə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə