ABŞ prezidenti Co Bayden sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində çıxış edəcək. SİA xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddən belə çıxır ki, Bayden sentyabrın 23-25-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka gedəcək.
“Prezident Bayden sentyabrın 24-də Baş Assambleyadakı çıxışından əlavə, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahı təşviq etmək və insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı müzakirə etmək üçün dünya liderləri ilə görüşəcək”, - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə