Şimali Koreya ikinci raketini buraxıb. SİA xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya Sahil Mühafizəsinə istinadən məlumat yayıb. Bildirilib ki, raket artıq dənizə düşüb. Bundan bir qədər əvvəl NHK yayım korporasiyası Şimali Koreyanın Yaponiyaya doğru ballistik raket atdığını iddia etmişdi.
Yaponiya rəsmilərinin sözlərinə görə, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə