ABŞ prezident Vladimir Zelenskinin müharibəni bitirmək planı ilə tanışdır.
SİA-nın əldə etdiyi məlumata görə, “Amerikanın Səsi” ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfildə istinadən xəbər verir ki, Vaşinqton onun işləyə biləcək strategiya və plan hazırladığına inanır.
...Və biz Nyu-Yorkda olacaq bütün dövlət başçıları ilə əlaqə saxlamaqla bu planı necə təbliğ edə biləcəyimizi görməliyik. Beləliklə, yenə də müəyyən irəliləyiş əldə edəcəyimizə ümid edirik, - diplomat BMT Baş Assambleyasının 79-cu sessiyasının başlanmasına həsr olunmuş mətbuat konfransında bildirib.
O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar sülhə gedən yol tapmaq ümidini heç vaxt itirməyib. Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Baydenin administrasiyası genişmiqyaslı işğal başlayandan bəri bunun üzərində işləyir.
Qeyd edək ki, bundan əvvəl Zelenski Ukraynanın qələbə planının 90 faiz hazır olduğunu bildirmişdi.
O əlavə edib ki, gələn həftə bunu müttəfiqlərinə göstərmək niyyətindədir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə