...Sentyabrın ortalarından noyabrın əvvəlinə kimi ABŞ həm Moskvadan, həm də Kiyevdən cəbhədə vəziyyətin gərginləşəcəyini gözləyir.
SİA xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko sentyabrın 17-də çıxışında “Belarus xüsusi xidmət orqanlarının məlumatlarına” istinadən danışıb.
Onun sözlərinə görə, bu məlumat Belarus demokratik qüvvələrinin nümayəndələri ilə ABŞ rəsmiləri arasında aparılan danışıqların qapalı hissəsində açıqlanıb.
…Belarus xüsusi xidmət orqanlarının bildirdiyinə görə, görüş Lukaşenkonun çıxışında müəyyən səbəblərə görə adını çəkmədiyi ölkələrdən birində baş tutub.
…Deməli, aşağıdakı tezislər səsləndirilib: sentyabrın ortalarından noyabrın əvvəllərinə qədər ABŞ həm Moskvadan, həm də Kiyevdən cəbhədə hərbi vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsini gözləyir.
Bunu rusların da eşitməsini istəyirəm. Bu məlumatı hələ onlara çatdırmamışıq. Qərb kəşfiyyat orqanları Belarusdan mümkün eskalasiya yeri kimi danışır.
Deyilənlərə görə, Lukaşenko Belarus kəşfiyyat xidmətlərinin məlumatlarını kağız parçasından oxuyub.
O qeyd edib ki, söhbət Belarus qoşunlarının Ukraynadakı müharibəyə girməsindən deyil, Kiyevin Belarus ərazisindən Rusiya pilotsuz təyyarələrinin uçuşuna – ölkəmizin sərhəd infrastruktur obyektlərinə hücumlara qədər reaksiyasından gedir.
…Yəni, amerikalılar Kiyevə göstəriş veriblər ki, əgər şərait yaranarsa, cənub sərhədi boyunca bizim infrastrukturumuza hücum etsin. Səbəb Rusiya pilotsuz təyyarələrinin Belarus ərazisi yaxınlığında uçmasıdır. Mən sizə açıq deməliyəm. Biz ukraynalılarla kanallar vasitəsilə razılaşdıq ki, həm Rusiya, həm də Ukraynaya məxsus pilotsuz təyyarələrin ərazimizə uçması faktlarını mediada işıqlandırmayacağıq.
Bunu da Lukaşenko deyib və izah edib ki, xarici pilotsuz təyyarələr Belarusa uçur, çünki hər ikisi (təbii ki Rusiya və Ukraynanı nəzərdə tutur-A.B.) dronları zəif idarə edir və elektron müharibə sistemi də effektiv işləyirlər.
…Onlardan birini Bobruisk yaxınlığında - Belarusun mərkəzində tapdıq. Həm də bunlar Rusiya deyil, Ukrayna pilotsuz təyyarələri idi. Baxmayaraq ki, bu, qarşı tərəfdə baş verir.
Bunu da Lukaşenko bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə