...Rusiyaya gəlib bu ölkədə yaşamağa qərar verən ən çox Tacikistan vətəndaşlarıdır.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyada yaşamağa başlayan miqrantların 31 faizini taciklər təşkil edir.
RBC Rosstat məlumatlarına istinadən orta miqrantın sosial-demoqrafik portretini tərtib edib.
Deməli, sonrakı yerdə Qırğızıstan (10 faiz), Ukrayna, Ermənistan və Qazaxıstan (hamısı 9 faiz) vətəndaşları gəlir. Ən çox Rusiyaya köçən miqrant kişi (55 faiz), əmək qabiliyyətli (76 faiz), evli (51,4 faiz), tam orta təhsilli (39,4 faiz) olur.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında əsasən Tacikistan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan immiqrantlar olmaqla 318 mindən çox əcnəbi Rusiya vətəndaşı olub.
2020-ci ildən Rusiya vətəndaşlığını almaq istəyən Tacikistan vətəndaşlarının sayında artım müşahidə olunur. Belə ki, 2020-ci ildə 63 mindən çox Tacikistan vətəndaşı bunu alıbsa, 2021-ci ildə bu rəqəm 103 minə, 2022-ci ildə isə 173 min nəfərə yüksəlib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə