Parlament LGBT təbliğatını qadağan edən qanun qəbul edib

Gürcüstanda parlament üzvləri LGBT təbliğatını qadağan edən qanunu yekdilliklə qəbul ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sputnik Gürcüstan” yazıb.

Qanun layihəsini 84 deputatın hamısı dəstəkləyib. Parlamentar Rati İonatamişvilinin (“Gürcü arzusu”) fikrincə, belə bir qərar “cəmiyyətimizin nizamını və maraqlarını hərtərəfli əks etdirir”.

Qanunlar paketinə “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsi, habelə digər müddəaları təsir edən 18 dəyişiklik daxildir.

Düzəlişlər “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə həyata keçirilib.

Qanunun yeni müddəalarına görə, təhsil müəssisələrində və mediada LGBT münasibətlərinin və eynicinsli nikahların təbliği qadağandır.

Və bununla bağlı cərimələr də tətbiq olunur:

-məktəblərdə təbliğat üçün 4000 lariyə qədər (1400 dollardan çox);

-reklam üçün 2500 lariyə qədər (təxminən 886 dollar). Cinsiyyət dəyişdirmə əməliyyatı qadağandır və cinayət cəzası ilə cəzalandırılır.

Bundan əvvəl “xarici agentlər haqqında” qanunların qəbulu və “LGBT haqqında” qanunun müzakirəsi fonunda Avropa İttifaqı Gürcüstanın inteqrasiya prosesini dayandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə