Avropanın azad qalması üçün biz daha müstəqil olmalıyıq. Sülh qitənin sərhədləri daxilində və xaricdə birinci və əsas məqsədidir. Biz bu səyləri davam etdirməliyik. Çünki təhlükəsizliyə təhdidlər artır və buna hazır olmalıyıq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İtaliyanın sabiq Baş naziri, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi deyib.
O, Avropanın azadlığını itirmək təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
“Biz hamımız Avropanın gələcəyi ilə bağlı narahatıq. Narahatlıq ondan ibarət deyil ki, birdən özümüzü kasıb və başqalarına itaətkar görəcəyik. Avropanın hələ də çoxlu güclü tərəfləri var. Bura zaman keçdikcə daha az çiçəklənən, bərabər və təhlükəsiz bir yerə çevriləcək və nəticədə taleyimizi seçməkdə daha az azad olacağıq”, - deyə Mario Draqi vurğulayıb.
Onun sözlərinə görə, iqtisadiyyatı sıfır karbon emissiyasına çevirmək üçün transformasiya etmək mütləq rəqabət qabiliyyəti ilə ziddiyyət təşkil etmir, lakin bunun riski var: “Əgər Avropanın iddialı iqlim məqsədləri onlara nail olmaq üçün ardıcıl planla müşayiət edilərsə, dekarbonizasiya qitə üçün bir fürsət olacaq. Lakin biz siyasətimizi koordinasiya edə bilməsək, “Yaşıl gündəm”in rəqabət qabiliyyətinə zidd olması riski var”.
Mario Draqi, həmçinin Avropa İttifaqının müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə