Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bir gün əvvəl Rusiya Silahlı Qüvvələrinin ştat səviyyəsinin artırılması haqqında fərman imzalayan dövlət başçısı Vladimir Putinin qərarını izah edib.
SİA-nın əldə etdiyi məlumata görə, sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Putinin fərmanına əsasən, Rusiya Silahlı Qüvvələrinin ştat səviyyəsi 2 milyon 389 min 130 nəfər, o cümlədən 1,5 milyon hərbi qulluqçu müəyyən edilib.
Əvvəllər 180 min nəfər az hərbi qulluqçu var idi və ümumi rəqəm 2 milyon 209 min 130 nəfər idi.
Fərman 2024-cü il dekabrın 1-dən qüvvəyə minir.
Kreml rəsmisi mətbuata bildirib ki, bu, Rusiya sərhədlərinin perimetri boyunca yaranan təhlükələrin sayının artması ilə bağlıdır.
…Buna qərb sərhədlərində son dərəcə düşmən vəziyyət və şərq sərhədlərində qeyri-sabitlik səbəb olur, - deyən Peskov belə bir vəziyyətin “müvafiq tədbirlərin görülməsini tələb etdiyini” açıqlayıb.
Bundan əvvəl Kreml Rusiyanın xüsusi hərbi əməliyyat zonasında gələcək planlarından danışıb, həmçinin xüsusi əməliyyatın bitmə vaxtı barədə də mülahizə irəli sürüb.
Xatırladaq ki, sentyabrın əvvəlində Putin Qızılda (Tuvanın paytaxtı – A.B.) məktəbdə keçirilən açıq dərsdə demişdi ki, “Rusiya Federasiyasının ərazisinə, Kursk vilayətinə daxil olan quldurlarla mübarizə aparmaq lazımdır”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə