Dostlarının xəbəri ilə evinə polis basqın edən 11 yaşlı uşağın otağında silah kolleksiyası tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, saxlanılan orta məktəb şagirdi ifadəsində “zarafat edirdim”, - deyib.
11 yaşlı Karlo Dorelli videozəng zamanı silah kolleksiyasını və "vuruş siyahısı"nı göstərdikdən sonra dostları polisə şikayət ediblər.
Xəbərdarlıq edən polis Facebook sosial media platformasındakı paylaşımında öldürmək istədiyi adamların siyahısını yazan Dorellinin evinə basqın edib.
Silver Sands orta məktəbi və Creekside orta məktəbinə hücum etməklə hədələyən Dorellinin otağından qılınclar, bıçaqlar, ninja ulduzları, həmçinin pnevmatik tüfənglər və döyüş sursatları ələ keçirilib.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə