Nigeriyanın şimalındakı Kaduna əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində 36 sərnişin həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Mövlud Qəndili qeyd etməyə gedən müsəlmanları daşıyan avtobus Lere bölgəsində əks istiqamətdən gələn yük maşını ilə toqquşub.
Ştat rəsmiləri hadisə yerinə gələn tibb qruplarının 36 sərnişinin öldüyünü, yaralıların isə xəstəxanaya göndərildiyini müəyyən edib. Qəzanın səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə