İran prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün bazar günü Nyu-Yorka səfər edəcək. SİA İran KİV-nə istinadən xəbər verir ki, Məsud Pezeşkian çərşənbə axşamı BMT Baş Assambleyasının sessiyasında çıxış edərək, İslam Respublikasının müxtəlif məsələlərlə bağlı fikir və mövqelərini ifadə etməyə hazırlaşır.
Pezeşkianın bir sıra görüşləri, o cümlədən Amerika Birləşmiş Ştatlarında yaşayan iranlılarla görüşü də planlaşdırılır. Onun müxtəlif dövlətlərin yüksək vəzifəli şəxsləri ilə ikitərəfli görüşləri də gözlənilir.
BMT Baş Assambleyasının 79-cu sessiyası (UNGA 79) 24 sentyabr 2024-cü il tarixində açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə