Günəşdə davamlı və uzun müddət baş verən alışmalar hesabına aktivlik yüksək həddə qalxıb. M (radiodalğaları əngəlləyən, yayılmasına mane olan), eləcə də X sinif (güclü) alışmalar hesabına Günəş aktivliyi Yerdə maqnit qasırğaları yaradıb. BDU-nun Astrofizika kafedrasından SİA-ya verilən məlumata görə, sentyabrın 16-sı günün yarısından başlayaraq G1(mülayim), sonradan G2 (orta) səviyyəli maqnit qasırğası baş verib.
Bildirilib ki, gecə qasırğa səviyyəsi G3-ə (güclü) çatıb. Maqnit qasırğası sentyabrın 17-si günorta saatlarınadək davam edəcək. Günota saatlarından sonra Yerin geomaqnit sahəsi normal səviyyəyə düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə