Yaponiyada 100 yaşdan yuxarı insanların sayı ilk dəfə olaraq 95 mini keçib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkədə artan yaşlı əhalinin sayı ilə bağlı statistik məlumatları açıqlayıb.

Müvafiq olaraq qeyd olunub ki, 100 yaşdan yuxarı əhalinin sayı ardıcıl 54 ildir ki, artıb. Sentyabr ayında ölkədə 100 yaşdan yuxarı əhali 95 min 119 olaraq qeyd edilib. Ötən ilki məlumatlarla müqayisədə say 2 min 980 dəfə artıb. Yaşı 100-dən yuxarı olanların 83 min 958 nəfərinin qadın, 11 min 161 nəfərinin isə kişi olduğu qeyd edilib.

Nazirlik sözçüsü məsələ ilə bağlı açıqlamasında deyib: "Biz yaşlıların öz icmalarında rahat yaşamağa davam etmələri üçün tibbi və tibb bacısı baxımı da daxil olmaqla sosial rifah xidmətlərini artırmağa çalışacağıq".

Yaponiyada ilk dəfə 1963-cü ildə “bir əsrdən çox ömür sürənlər”lə bağlı əhali məlumatları qeydə alınmağa başlayıb. Təxminən 125 milyon əhalisi olan Yaponiya uzun ömür uzunluğu ilə tanınır. Yaşayan ən yaşlı insan 116 yaşlı İtuka Tomiko da Yaponiyada yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə