İsrail ordusu gecə saatlarında Qəzzaya hücum edib - çoxlu ölü və yaralı var
İsrail ordusunun Qəzza zolağının müxtəlif şəhərlərində həyata keçirdiyi hücumlarda azı 6 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi "WAFA"nın məlumatına görə, İsrail ordusu gecə boyu Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bəlah şəhəri və Əl-Bureyc Qaçqınlar Düşərgəsi, Əs-Səbra rayonu və Es bölgəsinə hücumlar həyata keçirib.
Deyr əl-Bəlahın cənubundakı Əl-Barakah bölgəsində köçkün mülki şəxslərin çadırlarına hücum nəticəsində 2 nəfər ölüb. Sabra bölgəsində "Eş-Şami" ailəsinin evinə edilən hücumda indiyədək 3 nəfərin cəsədi tapılıb. Səhabə küçəsində "Eş-Subaki" ailəsinin evini hədəf alan hücumda 1 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Büreyc Qaçqınlar Düşərgəsindəki 12-ci bloka hücumda ölən və yaralananlar da olub. İsrail qüvvələri də ölü və yaralıları dağıntılar altından çıxarmaq üçün əraziyə gedən mülki müdafiə qruplarına atəş açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB