Hollandiyaya daxil olmaq artıq asan olmayacaq

Hollandiya qeyri-qanuni immiqrasiyaya qarşı sərt tədbirlər görməyə başlayacaq. SİA xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq olaraq immiqrantın ailə birləşməsi məhdudlaşdırılacaq, yardımları kəsiləcək, mühacirlərə ev verilməyəcək, başqa ölkədən göndərilən mühacir geri alınmayacaq.

Son 10 ildə bir çox türkün də olduğu 856 min adamın sığınacaq aldığı Hollandiyada qeyri-qanuni yollarla ölkəyə gələn yeni insanları yerləşdirmək üçün artıq heç bir imkanın olmadığı bildirilib. İlk olaraq fövqəladə vəziyyət elan ediləcək ki, qanunlar tez qəbul olunsun. Fövqəladə vəziyyətin verdiyi səlahiyyətlə ölkənin sığınacaq istəyən insanlar üçün cəlbedici bir yerə çevrilməsinin qarşısını almaq üçün tədbirlər görüləcək.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə