Mərakeş kralı yüzlərlə məhkumu əfv etdi

Mərakeş kralı VI Məhəmməd Mövlud ən-Nəbi bayramı – Məhəmməd peyğəmbərin doğum günü münasibətilə 638 məhkumu əfv edib. SİA xəbər verir ki, bu addımın humanizm və mərhəmət prinsiplərinə uyğun olaraq həyata keçirildiyi və bayramın mənəvi əhəmiyyətini vurğulamaq məqsədi daşıdığı bildirilib.

Əfv olunan məhkumların bir qismi həbs müddətindən azad ediləcək, digərləri isə cəza müddətinin qısaldılması və ya cərimələrin ləğv edilməsi ilə azadlığa buraxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə