...ABŞ və Böyük Britaniya qorxur ki, Rusiya Rusiya qüvvələrinin Ukraynanı vurmaq üçün istifadə etdiyi İran ballistik raketləri müqabilində İrana nüvə sirlərini verə bilər. SİA-nın əldə etdiyi məlumata görə, Bloomberg bu barədə Avropa rəsmilərinə istinadən xəbər verir.
Onların fikrincə, Moskva ilə Tehran arasında əməkdaşlıq İranın nüvə silahı yaratmaq ambisiyaları səbəbindən intensivləşib.
Bu məsələ Vaşinqtonda Böyük Britaniyanın baş naziri Key Starmerlə ABŞ prezidenti Cozef Bayden arasında bu yaxınlarda keçirilən görüşdə müzakirə olunub.
Mənbələr qeyd edirlər ki, Rusiya və İran arasında möhkəmlənən tərəfdaşlıq Qərbdə ciddi narahatlıq yaradır.
ABŞ dövlət katibi Antoni Blinken də daha əvvəl bəyan etmişdi ki, Rusiya İrana nüvə istəklərində kömək edir. Blinken ötən həftə Londona səfəri zamanı deyib ki, Moskva Tehrana çoxdandır axtardığı texnologiyaları, o cümlədən nüvə və kosmik imkanları verir.
O, eyni zamanda, Moskva ilə Tehran arasındakı müttəfiqliyin dünya təhlükəsizliyinə daha böyük təhlükə yaratdığını da diqqətə çatdırıb.
Sentyabrın 6-da “The Wall Street Journal” İranın Rusiyaya bir neçə yüz yaxın mənzilli ballistik raket göndərdiyini yazıb. “The Times” yazır ki, bunlar sentyabrın 4-də Xəzər limanlarından birinə çatdırılan 200 Fateh-360 raketləridir.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əhməd Baxşaiş Ərdəstani tezliklə raketlərin çatdırılması faktını təsdiqləyib. Onun sözlərinə görə, Tehran soya və buğda müqabilində Moskvaya silah ötürməyə məcburdur.
...Biz “Hizbullah”, “Həmas” və “Həşd əş-Şabi”yə raketlər veririk, bəs niyə onları Rusiyaya göndərməyək?
Qeyd edək ki, bunu iranlı rəsmi sual edib.
...Və buna cavab olaraq ABŞ və Avropa İrana qarşı, o cümlədən Rusiyaya hərbi təchizatla məşğul olan iranlı şirkətlərə və şəxslərə, həmçinin milli aviadaşıyıcı İran Air-ə qarşı yeni sanksiyalar tətbiq edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə