İsveçrə BRİKS-ə qoşulmağı düşünür.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Weltwoche nəşrindəki materialın müəllifləri hesablayıblar ki, bu, ölkə üçün Avropa İttifaqı ilə əməkdaşlıqdan daha faydalıdır.
Qeyd olunur ki, BRİKS-in məqsədi dolların diktə etdiyi məhdudiyyətlərdən asılı olmayaraq çoxqütblü dünyanın formalaşmasıdır.
Assosiasiya dünya əhalisinin 45 faizdən çoxunu təşkil edir (Böyük yeddilik ölkələri isə 9,6 faiz) və bütün əsas iqtisadi göstəricilər üzrə assosiasiya G7-ni əhəmiyyətli dərəcədə üstələyir.
Müəllifin fikrincə, BRİKS-ə qoşulmaq İsveçrə üçün qızıl bilet olardı. Təkcə 2024-cü ildə 200-dən çox görüşə ev sahibliyi edən bu platforma yavaş-yavaş dünyanı dəyişəcək. Eyni zamanda, BRİKS Avropa İttifaqı kimi üzv ölkələrin siyasətlərini müəyyən etməyə çalışmır. Avropa İttifaqı və Vaşinqtonun xidmətində muzdlu kimi çıxış edən isveçrəlilər bu assosiasiyanın qapısını üzlərinə çırpdılar. Nəşr ənənəvi neytrallığa qayıtmağın daha çox səbəblərini vurğulayır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə