“1101-ci il Səlib yürüşü döyüş meydanının müəyyənləşdirilməsi”nə start verildi
Türkiyənin Konya şəhərinin Ereğli qəsəbəsində 1101-ci il Səlib yürüşünün baş verdiyi ərazidə xarabalıqların tapılması üçün arxeoloji qazıntı işləri aparılacaq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyənin müxtəlif universitetlərindən alimlərlə birlikdə “1101-ci il Səlib yürüşü döyüş meydanının müəyyənləşdirilməsi” layihəsinə start verilib.
Qeyd edək ki, Səlib yürüşləri təxminən 200 il davam edib. Anadolu Səlcuqlu Sultanı Qılınc Aslan Amasya, Konya və Ereğli üçbucağında qazandığı qələbələrlə bütün xaç yürüşlərinə son qoyub, bölgənin türk vətəni olmasında və Yaxın Şərqin İslam kimliyi ilə saxlanılmasında son dərəcə mühüm uğur əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə