Terror təşkilatı PKK-ya ağır zərbələr endirilib

İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 6 üzvü zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Milli Müdafiə Nazirliyindən verilən bəyanatda İraqın şimalındakı Asos bölgəsində aşkar edilən 4 PKK terrorçusu ilə Suriyanın şimalındakı ''Fərat qalxanı'' əməliyyatı bölgəsində aşkar edilən 2 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
“Biz terroru mənbəyində məhv etmək üçün gözlənilməz, sürətli və davamlı əməliyyatları davam etdiririk”, - deyə bəyanatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə