Türkiyə-Hindistan Biznes Sammiti

Hindistanın 70 şəhərində 7 mindən çox üzvü olan Türkiyə Gənc Biznesmenlər Dərnəyi (TÜGİAD) və Gənc Hindistanlılar Dərnəyinin (Young İndians) üzvləri Türkiyə-Hindistan Biznes Sammitində (Türkiye-İndia Business Summit) bir araya gəldi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

TÜGİAD-ın İstanbuldakı mərkəzində təşkil edilən mətbuat konfransında çıxış edən TÜGİAD sədri Gürkan Yıldırım istehsal, əczaçılıq, daşınmaz əmlak, kənd təsərrüfatı, bərpa olunan enerji, mədənçilik və məsləhətçilik kimi 20-dən çox sektoru özündə birləşdirən “Gənc Hindistanlılar”dan 21-45 yaş arası gənc sahibkarın İstanbul sammitində iştirak etdiyini bildirərək deyib: “Türkiyə coğrafi mövqeyi sayəsində Avropa ilə Asiya arasında körpü rolunu oynayır və qlobal ticarət ilə diplomatiya səhnəsindəki təsirini artırır. Müasir limanları, inkişaf etmiş nəqliyyat sistemləri və geniş ticarət yolları nəticəsində Türkiyə Hindistan və Avropa bazarları arasında güclü iqtisadi əlaqələri qurmaqdadır."

Gənc Hindistanlılar Dərnəyinin sədri Vişal Kumar Aqarvalla da çıxışında bildirib: “Bu gün Hindistan əhalisinin 50 faizi 25 yaşdan aşağıdır. Gənclərimiz çox istedadlı və bacarıqlıdır. “Gənc Hindistanlılar” Hindistanın ən böyük ticarət strukturu olan konfederasiyanı təmsil edir. Biz fərdi şəkildə əlaqələr qurmaq, inkişaf etdirmək, işgüzar mədəniyyətimizi bir araya gətirmək üçün Türkiyədəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə