...Yaxınlaşan qış Ukrayna üçün enerji müharibəsində dönüş nöqtəsi ola bilər, Rusiya Ukraynanın atom elektrik stansiyalarını təchiz edən əsas yarımstansiyaları hədəfə alır. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “Politico” nəşri getdikcə risk altında olan Ukrayna atom elektrik stansiyaları ətrafındakı vəziyyəti təhlil edərək yazır.
...Deməli, yazı müəllifi Ceym Dettmerin qeyd etdiyinə görə, Ukraynanın bu qış müharibədə uduzması riski Vaşinqton və Londonu Kiyevin Qərbin təchiz etdiyi uzaqmənzilli raketlərdən necə istifadə etdiyinə yenidən baxmağa vadar edib, lakin ABŞ eskalasiyadan ehtiyat edir.
Öz növbəsində Ukraynanın enerji sektoru qorxur ki, qarşıdan gələn qış Ukrayna üçün enerji müharibəsində dönüş nöqtəsi ola bilər.
...Və bu, əsasən ona görədir ki, rus komandirləri ölkənin enerji sistemini çökdürmək üçün əvvəlki uğursuz bombardman kampaniyasından öyrənərək öz hava hücumu taktikalarını uyğunlaşdırırlar və bu yaxınlarda Rusiyaya Fath-360 qısa mənzilli ballistik raketlərin çatdırılması onlara bunu etməyə kömək edəcək.
Qeyd edilməlidir ki, Dettmer bunu xəbərdarlıq kimi bildirir..?
Ukrayna rəsmiləri Rusiyanın 120 kilometr mənzilə malik bu raketlərdən sürüşmə bombalarından əlavə, Ukrayna Silahlı Qüvvələrinin arxa cəbhədəki logistika, rabitə qovşaqları və sursat anbarlarını hədəfə almaq üçün istifadə edəcəyini gözləyirlər.
...Bu, öz növbəsində, Rusiyanı öz daha uzun mənzilli raketlərini mülki infrastruktura, xüsusən də enerji sisteminə cəmləyərək onu məhv etmək cəhdindən azad edəcək..?
Nə qədər maraqlı da olsa, byunu da məqalə müəllifi qeyd edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə