İngiltərədə, qeyri-rəsmi məlumatlara görə, dünyanın ən yaşlı pişiyi olan "Rozi" 33 yaşında ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin “The Sun” qəzetinin məlumatına görə, İngiltərənin Norfolk şəhərində yaşayan 73 yaşlı Lila Brisset məsələ ilə bağlı açıqlama verib.
Brisset 1990-cı illərdə övladlığa götürdüyü pişiyi "Rozi"nin 33 yaşında öldüyünü bildirib. Pişiyin yaşının insan yaşına görə 152 ilə bərabər olduğu bildirilir. Qeyri-rəsmi qeydlərə görə, dünyanın ən yaşlı pişiyi kimi tanınan "Rozi"nin sahibi Brisset öz pişiyinin rəsmi olaraq bu titulu alması üçün "Ginnes"ə müraciət etməyib.
"Ginnesin Rekordlar" kitabına görə, İngiltərədən olan 28 yaşlı "Flossie" dünyanın ən yaşlı pişiyi adına sahibdir. Daha əvvəl dünyanın ən yaşlı pişiyi kimi "Ginnesin Rekordlar" kitabına düşən "Creme Puff" adlı pişik 38 yaşını yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə