Nigeriya İslah Xidməti şiddətli daşqınlardan sonra Nigeriyanın Borno əyalətindəki həbsxanadan ən azı 274 məhbusun qaçdığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xidmətin sözçüsü Əbubəkir Ömər verdiyi açıqlamada deyilib: "Sel Maiduguri orta təhlükəsizlik təcridxanası və şəhərdəki işçi məhəllələri də daxil olmaqla islah müəssisələrinin divarlarını məhv edib".
Ömərin sözlərinə görə, ən azı 281 məhbus “güvənli və təhlükəsiz məkana” köçürülərkən qaçmağı bacarıb və onlardan yeddisi daha sonra ələ keçirilib. Ömər deyib ki, bölmə qaçanların şəxsiyyətləri, o cümlədən onların biometrik məlumatları barədə məlumatlıdır. Bildirilib ki, məhbusların axtarışı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə