6 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Asos bölgəsində 4, Fərat Qalxanı bölgəsində isə 2 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyi iki bölgədə aşkarlanan ümumilikdə 6 PKK terrorçusunun zərərsizləşdirildiyini bildirib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilib: “Terroru mənbəyində məhv etmək üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatları davam etdiririk! Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Asos bölgəsində 4 PKK terrorçusunu, Fərat Qalxanı bölgəsində isə 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib".

Bütün xəbərlər Facebook səhifəmizdə