Avropada fırtına olub - ölənlərin sayı artır

Avstriya, Rumıniya, Çexiya və Polşada təsirli olan "Boris" fırtınasının səbəb olduğu şiddətli yağışlar nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Boris” qasırğasının yaratdığı leysan yağışlar Mərkəzi və Şərqi Avropada daşqınlara səbəb olub. Üç gündür davam edən fırtına nəticəsində həyatını itirənlərin sayının 10-a çatdığı bildirilib. Çaylarda suyun səviyyəsinin qalxması nəticəsində baş verən daşqınlar səbəbindən Çexiyada ən azı 10 min 500 insanın evlərindən təxliyə edildiyi bildirilib.

Ölkənin şimal-şərqindəki Krnov şəhərinin merinin müavini Miroslav Binar açıqlamasında deyib: “Bizim hesablamalarımıza görə, şəhərin 70-80 faizi su altındadır. Paytaxt Praqadan təxminən 235 kilometr şərqdə, Lipova-lazne kəndi yaxınlığında çaya düşən avtomobildə olan 3 nəfərin axtarışları davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə