Rusiya Xarkovu hədəf aldı - ölən və yaralananlar var

Rusiya Ukraynanın Xarkov şəhərinə hücum edib. Hadisədə 1 nəfər ölüb, 4-ü uşaq olmaqla 43 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Nazirliyinin hücumla bağlı verdiyi açıqlamada deyilib: “Xarkovda xilasetmə qrupları çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində çökmüş mənzilin dağıntıları altından ölmüş kişinin cəsədini çıxarıb. Saat 21.30-a (dünən) olan məlumata görə, 1 nəfər ölüb, 4-ü uşaq olmaqla 43 nəfər xəsarət alıb. 7 yaşayış binasına və 20 nəqliyyat vasitəsinə ziyan dəyib”.

Bütün xəbərlər Facebook səhifəmizdə