Ukraynada meşə yanğını 680 hektar ərazini əhatə edib

Ukraynanın Poltava vilayətində meşə yanğınına müdaxilə gecə boyu davam edib. Bildirilib ki, yanğın 680 hektar ərazini əhatə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı verdiyi açıqlamada deyilib: “Xilasetmə qrupları Poltava vilayətində genişmiqyaslı meşə yanğınını söndürməyə davam edir. Yanğının əhatə etdiyi ümumi ərazi təxminən 680 hektardır".

Hazırda təxminən 70 hektar sahədə quru bitki örtüyü və meşə zibilləri yanır. Xilasedicilər Poltava-Kobelyaki elektrik qatarının 57 sərnişinini təxliyyə ediblər. Yerli hakimiyyət Mankivka kəndinin 7 sakinini təxliyə edib. Zərərçəkmiş fərdi ev və tikililərin sayı müəyyənləşdirilir. Yanğının söndürülməsinə ümumilikdə 411 canlı qüvvə və 67 texnika cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə