Husilərin atdığı raket narahatlığı artırıb

Husilər tərəfindən atılan raketin ilk dəfə İsrailin mərkəzinə çatması və İsrailin Baş naziri Netanyahunun həm husiləri, həm də hizbullahı təhdid edən açıqlamaları, müharibənin yayılması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarət edən husilərin atdığı raketin ilk dəfə olaraq İsrailin mərkəzinə çatdığı və yaşayış olmayan ərazini vurduğu bildirilib. Bu hücumdan sonra İsrailin Baş naziri Benyamin Netanyahu onların əvəzini ödəyəcəklərini deməsi və qarşıdurmaların yayılması ilə bağlı narahatlıq bir daha gündəmə gəlib.

Raket dünən səhər saatlarında İsrailə çatıb. Təl-Əvivdə, eləcə də İsrailin mərkəzində hava hücumu sirenləri səslənib, "Dəmir Günbəz"dən gəldiyi bildirilən partlayış səsləri eşidilib. İsrail ordusu raketin ölkənin şərqindən mərkəzinə doğru hərəkət etdiyini və açıq əraziyə düşdüyünü, xəsarət alanların olmadığını açıqlayıb. Bununla belə hücumla əlaqədar olaraq İsrailin mərkəzindəki kənd ərazisində yanğın baş verib və Modiin şəhərindəki metro stansiyasında eskalatorun üzərinə raket və ya kəsici parçanın düşdüyü ortaya çıxıb. Ordu bölgədəki partlayış səslərinin İsrailin özünün kəsici raketlərindən gəldiyini açıqlayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə