Ruslar Ukrayna ordusuna bir milyard dollardan çox vəsait köçürüblər..?

...İlin əvvəlindən telefon fırıldaqçıları rusiyalıların 250 milyard rus rublu və ya 2,8 milyard dollarını aldadıb “əllərindən alıblar”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın Sberbankında bu məlumat var və deyilənlərin dəqiqliyini də etiraf edirlər.

Belə ki, Rusiyanın Sberbank idarə heyətinin sədr müavini Stanislav Kuznetsovun sözlərinə görə, ilin sonuna bu məbləğ 300 milyard rubla, yəni 3,3 milyard dollara çata bilər.

Bu arada Rusiya televiziyasının bir top meneceri bu pulun necə bölüşdürüldüyü barədə məlumat verib.

Onun dediyinə görə, şübhə yoxdur ki, oğurlanan vəsaitin üçdə biri Ukrayna Silahlı Qüvvələrinə gedir.

Sberbank-ın top menecerinin ehtimalına görə, ruslar Ukrayna ordusuna 1,1 milyard dollar köçürə biliblər?

Qeyd edək ki, top menecer Kuznetsovun təhlilində kimin məlumatlarına əsaslandığını açıqlamayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə