Qəzzada 2-si uşaq olmaqla 6 fələstinli həyatını itirib

İsrail ordusu Qəzza zolağında bir evə hava hücumu həyata keçirib. Faciədə 2-si uşaq olmaqla 6 fələstinli həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza Mülki Müdafiə Nazirliyindən verilən açıqlamada İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin cənub-şərqində bir evi bombaladığı bildirilib.

Açıqlamada 2-si uşaq və 1-i qadın olmaqla 6 mülki vətəndaşın həyatını itirdiyi, yaralananların olduğu, bombalanan evin dağıdıldığı, ətrafdakı evlərə də ziyan dəydiyi bildirilib.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 206 fələstinli həyatını itirib, 95 min 337 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə