Kamerunda 200 min insan daşqınlardan zərər çəkib

Kamerunda 200 min insan daşqınlardan zərər çəkib

Kamerunda son günlər güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 200 min insan zərər çəkib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətdən ən çox Kamerunun şimal bölgələri, o cümlədən Yaqua şəhəri zərər çəkib. Azı 10 nəfər ölüb, bütün məhəllələri, həmçinin 185 məktəbi su basıb. Ölkə üzrə 8 mindən çox ev və tikili dağılıb. On minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb və müvəqqəti düşərgələrdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə