Sentyabrın 16-na keçən gecə Kamçatkanın şərq sahillərində 4,3 bal gücündə zəlzələ baş verib. SİA bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinə istinadən məlumat yayıb.
"Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 147 km cənub-şərqdə, Sakit Okeanın 18 km dərinliyində olub ", - məlumatda qeyd edilib
Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə baş idarəsi bu zəlzələnin məskunlaşan ərazilərdə hiss olunmamasına aydınlıq gətirib.
Sunami təhlükəsi elan olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB